Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni icraçı direktor təyin edilib.
Bu barədə FED.az-a Komitədən məlumat verilib.
Fondun icraçı direktoru vəzifəsinə Vüsal Göyüşov təyin olunub.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Mehman İsmayılov tuturdu. (Report)