Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2018-ci il tarixədək 89.782.731,34 AZN, 213.573,88 ABŞ dolları, 10736,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.