Beynəlxalq kredit reytinq agentliyi Fitch ilin ilk qiymətləndirməsində Türkiyənin kredit reytinqini və proqnozunu dəyişməyib.
Fitch: Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xarici ticarət balansını gücləndirib
FED.az xəbər verir ki, Fitch Türkiyə iqtisadiyyatını qiymətləndirərkən ölkənin kredit reytinqini “B”, proqnozunu isə “mənfi” olaraq təsdiqləyib.
Qeyd olunub ki, “B” reytinqi zəif xarici maliyyələşdirməni, müdaxilə və qeyri-ənənəvi siyasət nəticəsində artan iqtisadi pisləşmələri, siyasi və geosiyasi riskləri əks etdirir.
Qurum hökumətin iqtisadi artıma dəstəyi ilə inflyasiyanın bu il orta hesabla 56,5 faiz olacağını, iqtisadi artımın 2,5 faizə enəcəyini, 2024-cü ildə isə 3 faiz olacağını nəzərdə tutur.
Bildirilib ki, inflyasiya gözləntilərinin artması və Türk Lirəsinin (TL) daha da ucuzlaşması inflyasiyanın yenidən yüksəlməsi riskini yaradır.
Fitch 8 iyul 2022-ci il tarixli qiymətləndirməsində Türkiyənin kredit reytinqini "B+"dan "B"yə endirib və proqnozunu "mənfi" olaraq saxlayıb.
Təşkilat noyabr qiymətləndirməsində, reytinqi və proqnozu olduğu kimi təsdiqləmişdi. (Marja)