«Fitch Ratings» reytinq agentliyi Türkiyənin kredit reytinqini BB- səviyyəsində təsdiqləyib, proqnozu isə «sabit»dən «mənfi»yə endirib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankının - Valyuta Ehtiyatları Azalıb
FED.az xəbər verir ki, Fitch-in verdiyi açıqlamada,Türkiyənin xarici valyuta ehtiyatlarının azalması, krediti qabiliyyətinin zəif pul siyasətinə əsaslanması, güclü kredit təşviqi ilə qaynaqlanan böyük cari kəsirin xarici maliyyə risklərini daha da artırdığı bildirilir.
Açıqlamada bildirilir ki, bu vəziyyətin yaranmasının səbəbi siyasi təzyiqlər, Türkiyə Mərkəzi Bankının ( TMB ) tam müstəqil olmaması (məhdud müstəqilliyi) və hadisələrə gec reaksiya verməsi, risklərin artması, daha çox xarici balanssızlıq, bazar qeyri-sabitliyi və hətta nizamsızlıqdır.
Bu vəziyyətin nəticəsidir ki, mart ayından indiyədək ölkədən sərmayələr çıxır və xarici ticarət kəsiri artmaqdadır.
«Fitch Ratings» ABŞ dollarına nisbətdə 16 faiz itirən lirənin qorunması üçün böyük bazara böyük müdaxilələrin olduğunu da qeyd edir.