Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Türkiyənin kredit reytinqini "BB+"dən "B+"a endirib və proqnozunu "mənfi" olaraq təsdiqlədiyini açıqlayıb.
Eləcə də bax: Türkiyə hakimiyyəti lirəni sabitləşdirmək üçün - "QIZIL OVUNA" BAŞLAYIB
FED.az xəbər verir ki, Fitch Ratings, 2 dekabr 2021-ci il tarixindəki qiymətləndirməsində, Türkiyənin kredit reytinqini "BB-" olaraq təsdiq etmiş, proqnozunu isə, "erkən" olaraq xarakterizə etdiyi monetar yumşaldılmanın ölkədə etibarın pisləşməssinə səbəb olduğunu qeyd edərək "sabit"dən "mənfi"yə dəyişmişdi.
Hesabatda ölkədə yüksək inflyasiyanın olduğu vurğulanıb.
Hesabatda deyilir ki, aparılan siyasətlərin inflyasiyanı azaldacağı gözlənilmir.
Siyasi hadisələrin Mərkəzi Bankın faizini yüksəltmək imkanlarını məhdudlaşdırdığı bildirilən hesabatda, yüksək inflyasiya mühitində inamı davamlı şəkildə artırmaq üçün yeni iqtisadi alətin imkanlarının “məhdud” olduğu qeyd edilib.
Fitch, Türkiyədə inflyasiyanın ilin sonuna qədər 38 faizə, 2022-ci ildə orta hesabla 41 faizə, 2023-cü ildə isə 28 faizə çatacağını proqnozlaşdırıb. (Marja)