“Fitch” reytinq agentliyi Rusiyaya dair bütün reytinqləri geri çağırıb.
Eləcə də bax: “Fitch” Rusiyanın 31 bankının reytinqini - ENDİRİB
FED.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Məlumatda bildirilir ki, reytinqlərin geri çağırılması Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Avropa İttifaqı martın 15-də Rusiyanın hüquqi şəxslərinə kredit reytinqlərinin verilməsini qadağan edib. (Apa)