Beynəlxalq reytinq agentliyi “Fitch” Qazaxıstanın suveren kredit reytinqini sabit proqnozla “BBB” səviyyəsində təsdiqləyib.
“Fitch” ABŞ-ın uzunmüddətli kredit reytinqini - “MƏNFİ” QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, bu barədə ölkənin hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Fitch” beynəlxalq reytinq agentliyi suveren kredit reytinqini “BBB” səviyyəsində təsdiqləyib, proqnoz stabildir. Qazaxıstan Respublikasının reytinqini dəstəkləyən əsas amillər xarici şoklara davamlılığını sübut edən güclü fiskal və xarici balansdır”, - deyə hesabatda deyilir.
Agentliyin hesabatında qeyd olunur ki, əhəmiyyətli aktiv buferləri fiskal çevikliyi təmin edir və Qazaxıstanın iqtisadi sabitliyini dəstəkləyir. (Report)