Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Brent markalı neftin qiyməti proqnozunu 5 dollar azaldıb.
Elşad Məmmədov: “Neftin qiyməti düşsə də, Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”
FED.az xəbər verir ki, Fitch, iqtisadi aktivliyin yavaşlaması səbəbindən 2025-ci il üçün Brent markalı neftin qiyməti proqnozunu 5 dollar azaldaraq 65 dollara endirib.
Qeyd edək ki, Fitch Ratings qlobal ticarət müharibəsində ciddi eskalasiyaya görə iqtisadi artım proqnozlarını aşağı saldığını və bu il qlobal iqtisadiyyatın 1,9 faiz artacağını proqnozlaşdırdığını açıqlayıb. Əvvəlki proqnoz 2,3 faiz idi. (Marja)