"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu "neqativ"dən "stabil"ə yüksəldib.
Reytinq isə "BB+" səviyyəsində təsdiq edilib.
FED.az xəbər verir ki, bu barədə "Fitch"in rəsmi veb-saytında məlumat verilib.
Agentlik reytinq üzrə proqnozun yüksəltməsinə səbəb kimi, 2016-cı ildə 2 illik turbulentlikdən sonra makro-iqtisadi sabitliyin əldə olunması, neft qiymətlərinin tədricən bərpa edilməsi və manatın məzənnəsinin sabitləşməsini əsas gətirib. Məzənnənin sabitləşməsi 2017-ci ilin aprel ayından başlayaraq inflyasiya təzyiqini azaltmağa imkan verib.