«Fitch» reytinq agentliyi hökumətin borcu və siyasi böhrana görə Fransanın reytinqini aşağı salıb. Nəticədə Fransanın xarici valyutada emitentin defolt reytinqi "AA-"dan "A+"ya dəyişdirilib, təşkilat bildirib.
FED.az xəbər verir ki, beynəlxalq reytinq agentlyi Fitch Ratings Fransanın xarici valyutada uzunmüddətli defolt reytinqini stabil proqnozla "AA-"-dan "A+"-a endirib.
Agentliyin açıqladığı məlumatda, "Fitch" reytinqi aşağı salan əsas amillər kimi yüksək və artan dövlət borc nisbətini, siyasi parçalanmanı və müdafiə xərclərinin artması ilə əlaqədar ölkənin büdcə kəsirinin əlverişsiz proqnozunu göstərib.
Agentliyin hesabatında qeyd edilir ki, investorlar hələ də “çox aşağı defolt riski” ilə üzləşirlər, lakin ölkənin tarixindəki ən pis reytinq onun suveren borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər.
Xatırladaq ki, sentyabrın 8-də Fransanın baş naziri Fransua Bayru Milli Assambleya onun hökumətinə etimad üçün səs verməzdən əvvəl ölkə iqtisadiyyatında ilk növbədə dövlət borcunun sürətli artımı ilə bağlı yaranmış böhrana işarə edib.
Müxalifət nümayəndələri bildiriblər ki, indiki vəziyyətə hökumətin, eləcə də ölkə prezidenti Emmanuel Makronun ardıcıl siyasəti gətirib çıxarıb. Deputatların əksəriyyəti son nəticədə hökumətə etimadın əleyhinə səs verdi və sentyabrın 9-da Silahlı Qüvvələr naziri Sebastien Lecornu Fransanın yeni baş naziri təyin edildi.
Qeyd edək ki, Lecorn son 2 ildə Fransanın 5-ci baş naziridir.
Fransanın kredit reytinqinin A+ səviyyəsinə düşməsi tarixində ilk dəfədir. Reytinqin aşağı salınması ölkənin alacağı borclaın faizlərinin artmasına səbəbola bilər.