Sosial şəbəkə qadağan olunmuş reklam məlumatlarının siyahısını genişləndirdi
SMM-menecerləri və reklam işçiləri həyəcan siqnalı çalır – yaxınlarda Facebook sosial şəbəkədə yerləşdirilən reklamın tələblərini əhəmiyyətli dərəcədə sərtləşdirib. Ekspertlər bildirib ki, kriptovalyuta və ICO-nun reklamına qoyulmuş məşhur qadağa ilə yanaşı, demək olar ki, dünyanın hər yerində fəal şəkildə reklam olunan hər şey qadağa siyahısına düşüb.
Ümumilikdə, Facebook-un etik kodeksi 29 bənd qəti qadağa və daha onlarla şərti icazədən ibarətdir, reklamı yerləşdirmək üçün razılıq verməzdən əvvəl, sosial şəbəkə mütəxəssisləri məlumatı nəzərdən keçirəcək və müsbət və ya mənfi hökm verəcəklər.
Bir sözlə, Facebok bir sıra mütəxəssis cəlb etməli olacaq, həmçinin onların bəzisi əvvəlcədən müəyyən sahə üzrə universitet diplomu alsa, yaxşı olar. Məsələn, tibb və ya maliyyə sahəsində. Əks halda, məsələn, təhlükəsiz qida əlavələrini təhlükəlilərdən necə fərləndirmək olar? Axı sonuncuları sosial şəbəkədə reklam etmək qadağandır.