“Finans Lizinq” ASC-nin cəmi aktivləri azalaraq 2015-ci ildəki göstəricilərdən də aşağı yuvarlanıb.
FED.az xəbər verir ki, bu barədə Lizinq Şirkətinin 2017-ci il üzrə açıqladı audit hesabatında qeyd edilib.
Hesabata görə, LŞ-nin ötən il ərzində aktivləri cəmi 3,44 mln manat təşkil edib ki, bu da hesabat dövründən əvvəlki göstəricilərlə müqayisədə (2016) 2,2 dəfə azalması deməkdir. Bu azalmaya əsas səbəb 3,13 mln manatlıq müştərilərə verilmiş kredit və avansların bütünlüklə silinməsidir.
Əldə etdiyimiz göstəricilərə görə “Finans Lizinq”in aktivləri 2015-ci ildə 4 mln manat həcmində idi.
“Finans Lizinq”in 4,29 mln manatlıq buraxılmış qiymətli kağızlarının həcmi azalaraq 2,16 mln maata düşüb və bu səbəbdən öhdəlikləri azalaraq 2,24 mln cəmi təşkil edib.
Xatırladaq ki, ASC ötən ilin 4 rübünü 160 192 manat zərər edib.