"Azərbaycanın bank sektoru yaxşılaşıb, lakin hələ də kifayət qədər zəifdir".
"Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu, beynəlxalq kredit reytinqi agentliyi Fitch-in Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defoltu reytinqin təsdiq ediləməsilə əlaqədar olaraq yayımladığı press-relizdə bildirilir.
Qeyd edilib ki, qeyri-işlək kreditlərin xüsusi çəkisi 2022-ci ilin sonundakı 3.8%-dən iyul ayında 3.5%-ə düşüb. Buna kredit portfelinin güclü artımı kömək edib.
Kapitallaşma 17,8% səviyyəsində adekvat olaraq qalır. Kredit portfelinin faiz gəlirlərinin artması ilə dəstəklənən sektor gəlirli olaraq da qalır. Uçot dərəcəsinin artırılması "tələb olunan depozitlərin üstünlük təşkil etməsi səbəbindən" maliyyələşdirmə xərclərinə təsir göstərmir.
İyulda depozitlərin dollarlaşması 2020-ci ilin birinci yarısının sonundakı 60%-dən 42%-ə düşüb, lakin Azərbaycanın təmsil olunduğu qrupdakı tarixi ortalama olan 35%-dən xeyli yuxarıdır. (Marja)