Azərbaycan Mərkəzi Bankı ötən iclasdan bəri monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını - Açıqladı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı İdarə Heyətinin 19 mart 2021-ci il tarixli qərarına şərhdə qeyd edilir.
Mərkəzi Banka görə, ölkədə pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir: “İlin əvvəlindən pul bazasının azalması müvəqqəti xarakter daşıyır və büdcə profisiti ilə əlaqədardır. İlin qalan dövründə bu profisitin kəsirlə əvəzlənməsi pul bazasının artımı ilə müşayiət olunacaqdır”.
Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlilik cüzi yüksəlmiş, Mərkəzi Bankın notları üzrə gəlirlilik isə dəyişməz qalıb: “Banklararası bazarda faizlər, eləcə də kredit və depozitlər üzrə faizlər əsasən sabit qalmışdır. İnflyasiyanın artımı fonunda nominal faizlərin dəyişməz qalması real faizlərin azalması deməkdir.
Requlyator AMB qeyd edir ki, iqtisadiyyata kredit qoyuluşlarında artımın bərpası başlayıb. Belə ki, yanvar-fevral aylarında bank sistemi üzrə kredit qoyuluşları 0.6%, o cümlədən biznes kreditləri 0.6%, ipoteka kreditləri 3.2% artmışdır. İstehlak kreditləri 0.7% azalmışdır.
“Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcəkdir”.
AMB əlavə edib kii, valyuta bazarında sabitlik inflyasiya gözləntilərinin sabit qalmasının başlıca şərtlərindəndir: “Keçirilən valyuta hərraclarında tələbin həcmi fevral-mart aylarında yanvar ayı ilə müqayisədə əhəmiyyətli az olmuşdur”.