Fermer kartlarının nağdsız hesablarında əkin subsidiya məbləğlərinin maliyyələşdirilməsindən 2020-ci ilin sonuna 7,1 milyon manat (illik icra olunmuş əkin subsidiyalarının 3,1 faizi qədər), 2021-ci ilin sonuna 23,1 milyon manat (illik icra olunmuş əkin subsidiyalarının 9,0 faizi qədər), 2022-ci ilin sonuna 26,7 milyon manat (illik icra olunmuş əkin subsidiyalarının 10,8 faizi qədər) subsidiya məbləği istifadəsiz qalıb.
Əkin sahələrinin becərilməsinə görə verilən - SUBSİDİYALAR AZALIB
FED.az Hesablama Palatasına istinadla xəbər verir ki, məhsul subsidiyasının verilməsi üzrə 2022-ci ildə 59584,9 min manat vəsait xərclənib. Bu da 2021-ci ilə nisbətən 30574,1 min manat və ya 2,1 dəfə çoxdur. Belə ki, pambığın tədarükçülərə təhvil verilməsinə görə ödənilmiş məhsul subsidiyasının məbləği 2022-ci ildə 56438,3 min manat olmaqla, 2021-ci illə müqayisədə 28078,5 min manat və ya 2,0 dəfə çox olduğu halda, respublikada 2022-ci ildə cəmi 322,5 min ton miqdarında pambıq tədarük edilərək əvvəlki illə (287,0 min ton) müqayisədə 12,4 faiz çox olub. 2022-ci ildə əvvəlki iki ildən fərqli olaraq pambıq əkininə görə əkin subsidiyası verilməmiş, eyni zamanda, pambığın tədarükçülərə təhvil verilməsinə görə 1 ton üzrə 170,0 manat məbləğində məhsul subsidiyası (2020-2021-ci illərdə həmin məbləğ 100,0 manat olub) ödənilib.