“Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni qanun layihəsi ilə bağlı Maliyyə Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müzakirələr bitib".
Eləcə də bax: "Banklara dollar satışı ilə bağlı məhdudiyyət qoymamışıq" - ELMAN RÜSTƏMOV
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
K.Qurbanova digər qurumlarla müzakirələrin davam etdiyini də açıqlayıb:
“Amma qanunla bağlı hələ də açıq məqamlar var. Ona görə də Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə müzakirələr aparırıq. May ayına qədər müzakirələri bitirib qanunun razılaşdırılmış variantını aidiyyəti üzrə təqdim edəcəyik”.
Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov isə əvvəldən qeyd edildiyi kimi açıq bankçılıq üzrə yol xəritəsi üzrə işlərin apreldə yekunlaşmamasının səbəblərini açıqlayıb:
"Bildirim kimi hazırladığımız ödəniş sistemləri və ödəniş xidmətləri qanununda Avropa üzrə ödəniş sistemləri direktivinə uyğun olaraq açıq bankçılıq infrastrukturunun formalaşdırılması məsələləri də qeyd edilib. Bu istiqamətdə biz IFC ilə birgə əməkdaşlıq edirik. Kredit təşkilartları və banklara müvafiq sorğular göndərilib və bu sorğular artıq tamamlanıb. Qısa zamanda müvafiq yol xəritəsinin hazırlanmış son variantının da AMB daxilində razılaşdırılması və ictimaiyyətə təqdim edilməsi istiqmaətdə işlər davam etdirilir. Prosesin may ayı ərzində tamamlanacağını düşünürük". (Report)