"CIDC 2023" kimi tədbirlərin davamlı olaraq keçirilməsi təşkilatlar arasında məlumat mübadiləsi və məlumatların tərəfdaşlara ötürülməsi baxımından çox vacibdir. Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan maliyyə bazarlarının maliyyə sistemidir. Çünki insanların maliyyə sisteminin əlçatanlığı üçün rəqəmsallaşma bu sahədə inkişaf edir. Mərkəzi Bank da bununla bağlı öz addımlarını atır.
Taleh Kazımov: "İnternet bankçılıqla həyata keçirilən əməliyyatlar 172 milyarda çatıb"
FED.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir” mövzusunda paneldə çıxışı zamanı deyib.
F.Osmanov bildirib ki, maliyyə bazarları dövlətin iqtisadi sisteminin ən böyük parçalarından biridir. Mərkəzi Bank klassik olaraq maliyyə sabitliyi tətbiq edən bir strukturdur. Amma həm də tənzimləyici və nəzarətedici funksiyası var. Maliyyə bazarları deyərkən bank sektoru nəzərdə tutulur. Maliyyə bazarları kapital bazarlarını və maliyyə sektorunu özündə ehtiva edir. Mərkəzi Bank haqqında qanunda “tənzimləmə” nəzarət bəndi altında informasiya təhlükəsizliyinin minimum tələbləri müəyyən olunur. F.Osmanov diqqətə çatdırıb ki, Mərkəzi Bankda qanuna müvafiq dəyişikliklər olub. Biz nəinki bank sektoru üzrə, həm də sığorta və kapital bazarları üzrə informasiya təhlükəsizliyini müəyyən edirik.
“Biz bu barədə kifayət qədər yol qət etməliyik. Bununla bağlı qiymətləndirmə də həyata keçirmişik. Biz kibertəhlükəsizlik strategiyamızı artıq müəyyən etmişik.
Bəs bu zərurət haradan yaranır? İnsanların ödəniş davranışları və həyat tərzi rəqəmsal xidmətləri təşviq edir. Bu zərurətdən irəli gələrək, maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını formalaşdırdıq və bazarda qiymətləndirmə etdik. Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır. Bu, bizi sevindirir. Gələcəkdə sığorta təşkilatları da burada olsa, yaxşı olar. Çünki sığorta sahəsində təkmilləşdirməyə ehtiyac var. Bizim strategiyamızın bir neçə istiqaməti mövcuddur.
Bu istiqamətlər üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq etməliyik. Bu əməkdaşlıqlar çox vacibdir”, - deyə F.Osmanov əlavə edib. (Azərtac)