ABŞ-ın mərkəzi bankı rolu oynayan Federal Ehtiyat Sistemi (FED), bazarlarda gözlənildiyi kimi, uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.
Eləcə də bax: Mərkəzi Bank uçot dərəcəsini - AZALTDI
FED.az xəbər verir ki, bu barədə qurum rəhbərliyinin çərşənbə günü keçirilən iclasın nəticələri barədə yaydığı məlumatda deyilir.
“Davam edən ictimai səhiyyə böhranı, yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluq və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərəcək və orta müddətdə iqtisadi perspektiv üçün mühüm risklər yaradacaq. Bu hadisələrin fonunda komitə federal fondların faiz dərəcəsini illik olaraq 0-0,25% səviyyəsində saxlamağa qərar verib”, deyə məlumatda qeyd olunur.
Federal Açıq Bazar Komitəsi (FOMC, FED rəhbərliyi) iqtisadiyyatın pandemiyanın təsirindən azad olunmasına, maksimum məşğulluq və qiymət sabitliyi əldə edilənə qədər bu faiz dərəcəsini davam etdirməyi düşünür. (Apa)