ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqlayıb.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, FED gözlənildiyi kimi faizlərini 0,25 faiz bəndi də artıraraq 5,25% - 5,50% aralığına çatdırıb. Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri (son 22 ildə) ən yüksək səviyyəyə qalxıb.
"Gələcək addımlar artırılan faizlərin təsirindən, iqtisadi və maliyyə proseslərindən asılı olacaq"-FED-in açıqlamasında bildirilib.
Qurum inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bir daha bəyan edib. (Apa)