ABŞ Federal Ehtiyat Sistemi (FED) son 9 ayda ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb. Bundan başqa, FED növbəti endirimlər üçün də «qapıları açıq qoyub».
FED-in son proqnozlarına görə, rəsmilər bu il daha iki faiz endirimi proqnozlaşdırıblar. Trampın FED Rəhbərlər Şurasına təyin etdiyi Stiven Miran isə faizlərin 50 baza bəndi endirimin lehinə səs verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabr iclasında faiz dərəcəsini faizini 25 bənd azaldaraq 4%-4,25%-ə endirib.
Faiz qərarı 11-1 səslə qəbul edilib. Trampın FED-in Rəhbərlər Şurasına təyin etdiyi Stiven Miran faizlərin 50 baza bəndi qədər, yəni daha çox endirilməsinə səs verib.
Qərarın mətnində ABŞ-da məşğulluq üçün aşağı yönlü risklərin artdığı və inflyasiyanın "bir qədər" yüksək olduğu qeyd edilib. Yeni proqnozlara görə, FED üzvləri bugünkü endirimdən sonra bu il faiz dərəcələrini daha yarım faiz bəndi endirəcəyini gözləyirlər.
FED ölkədə iqtisadi artım proqnozunu da qaldırıb – yeni proqnoza görə, 2025-ci il üçün artım gözləntiləri 1,6 faizdir. Əvvəlki göstərici 1,4 faiz idi.
2026-cı il üçün isə artım gözləntiləri əvvəlki 1,6 faizdən 1,8 faizə qaldırılıb.
Bankın inflyasiya proqnozları bu il üçün 3 faiz, 2027-ci il üçün 2,1 faiz səviyyəsində saxlanılıb. 2026-cı il üçün inflyasiya proqnozu 2,4 faizdən 2,6 faizə qaldırılaraq, 2028-ci il üçün 2 faiz səviyyəsində müəyyən edilib.
Qərardan sonra kameralar qarşısına çıxan İdarə Heyətinin sədri Jerome Powell son vaxtlar məşğulluq üçün aşağı yönlü risklərin artdığını və inflyasiyanın da artdığını bildirib.
FED-in yeni üzvü Miranın FED-in müstəqilliyini təhlükəyə atıb qoymayacağı sualına Pauell, "FOMC-nin yeni üzvünü salamladıq. İkili hədəflərimizə çatmağa və müstəqil şəkildə səs verməyə davam edəcəyik. Biz Amerika xalqına bacardığımız qədər xidmət etməyə çalışırıq. Müstəqilliyimizi itirəcəyimizə inanmıram”- dedi.
FED rəsmiləri prezident Donald Trampın aqressiv siyasətlərinin iqtisadi təsirini qiymətləndirmək üçün dekabr ayından bəri faiz dərəcələrini dəyişməmişdilər.