Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.
ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən toplantısı başa çatıb. Fed rəsmiləri bu toplantıda pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini 25 faiz bəndi artırmağa qərar veriblər.
FED.az xaici mediaya istinadən xəbər verir ki, federal maliyyələşmə faizi 1.75 - 2% aralığından 2 - 2.25% aralığına çatdırılıb.
Qeyd edək ki, bu, 2018-ci ildə FED-in sayca 3-cü faiz artırmasıdır. Ötən ildə ABŞ Mərkəzi Bankı 3 dəfə faizləri artırıb.
İndi investorların diqqəti FED-in 2018-ci ilə 4-cü dəfə faiz artırıb-artırmayacağına yönəlib. FED-in dekabrda da faiz artıra biləcəyi ehtimal olunur.
Onu da deyək ki, FED-in faiz açıqlamasından sonra dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 22:04-də Avro/dollar məzənəsi 1.1792 səviyyəsinə qalxıb. Dollar Avro qarşısında 0,2% ucuzlaşıb.
Əgər FED dekabr ayında da faiz artıracağına işarə edərsə, Dollar bahalaşa bilər.
Fed 2019-ci ildə də 3 dəfə faiz artıracağı proqnozlaşdırılır.
FED faiz dərəcələrini dəyişdi - SON DƏQİQƏ
22:36
26 Sen 2018