Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə qərarına dair mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı saat 11:00-da başlayacaq.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.