Ölkədə fəaliyyət göstərən kredit ittifaqları üçün mayın 12-də “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin iş prinsipi və faydaları” barədə maarifləndirmə tədbiri keçirilib.
“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” - QƏBUL EDİB
Mərkəzi Bankdan FED.az-a bildirilib ki, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində daşınar əmlaka əsaslanan kreditləşmə üzrə müasir infrastrukturda qurulmuş elektron reyestrin (https://mpcr.e-cbar.az ) üstünlükləri, eyni zamanda, girova tutma yönəldilməsinin asanlaşdırılması mövzusunda iştirakçılara təqdimat keçirilib və qarşılıqlı müzakirələr aparılıb.
Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.