Bu ilin dövlət büdcəsində ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq.
Eləcə də bax: Dövlət büdcəsində neftin qiyməti 85 dollara qaldırılır - BÜDCƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. (Apa)