Azərbaycanın Dağlıq Qarabağdakı əks-hücum və işğalda qalan torpaqların alınması əməliyyatlarına başlaması tarixindən sonra Ermənistanda dollar bahalaşıb.
Eləcə də bax: Ermənistan valyutasının "dram"ı - Ucuzlaşmaqda Davam Edir
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Bankının bu günə təqdim etdiyi rəsmi məzənnədə bildirilr.
1 ABŞ dolları ölkədə 488.6 dram təşkil edib. Bu da sentyabrın 27-dən bu tərəfə 3.3 dram və ya 1%-ə yaxın ucuzlaşma deməkdir.
Bununla belə Avrozonanın vahid valyutası da bahalaşıb. Avro müharibənin ilk günündən başlayaraq bu ölkədə 7.5 dram, yəni, 1.3% bahalaşmalı olub.
Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Ermənistan və ona yaxın olan terrorçu qruplar Azərbaycanın işğal olunmuş torpaqlarında təxribata əl atıblar. Bunun cavabı olaraq Azərbaycan əks-hücum əməliyyatına keçib. Rəsmlərin açıqlamasına görə, bu əməliyyatlar nəticəsində erməni və onlara yaxın olan terrorçu qruplara sarsıdıcı zərbələr endirilib. 22 kənd və bir şəhər işğaldan azad olunub. Müharibə davam edir.