Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faizin daha da azalacağını bildirib.
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini - SABİT SAXLAYIB
FED.az xəbər verir ki, Ərdoğanın açıqlamalarında iqtisadi gündəm də mühüm yer tutub:
"Faiz dərəcəsini aşağı salmaq üçün mübarizə apardım. Biz faiz dərəcəsini 9 faizədək endirmişik və daha da azaldacağıq. İnancım budur: Baş nazirliyim dövründə biz faiz dərəcəsini 4,6-ya endirdik, inflyasiya 6,4% idi. Faiz və inflyasiya düz mütənasibdir. Faiz səbəb, inflyasiya isə nəticədir. Buna inanmayanlar da ola bilər. Mənim sahəm iqtisadiyyatdır və nəticəsi göz qabağındadır. Bu nəzəriyyəni beynəlxalq görüşlərdə müdafiə etmişəm. Yenə faizi aşağı salacağıq. İnflyasiya 86%-də idi, artıq 64%-ə düşüb".
Qeyd edək ki, hazırda Türkiyə Mərkəzi Bankının əsas pul siyasəti faizi 9% səviyyəsindədir. (Marja)