Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə uçot dərəcəsinin bundan sonra da aşağ endiriləcəyini açıqlayıb.
FED.az xəbər verir ki, ölkədəki yüksək inflyasiyanın fonunda, xarici ekspertlərin fikrincə faizləri yuxarı qaldırmaq əvəzinə endirdiyinə görə daim tənqid olunan Türkiyə prezidenti bu barədə televiziyalara müsahibəsində bildirib.
«Faizdə artım yoxdur, azalacaq. Ümid edirəm ki, növbəti iclasda (Mərkəzi Bank) ilin sonuna qədər faiz dərəcəsini aşağı salaraq tək rəqəmli rəqəmlərə endirməliyik»-deyib.
Onun sözlərinə görə, «2022-ci ildə ölkə iqtisadiyyatında 5% artım gözlənilir. Təbii ki, bu, orta göstəricidir, daha yaxşı olacaq, amma pisləşməyəcək. Qara dəniz təbii qazı gəlsə, işimiz çox asanlaşacaq. Bu nöqtədə bizim də Rusiya ilə problemimiz yoxdur»-deyib.
Ərdoğan faiz məsələsinə xüsusi toxunub və onun daha da azalacağını bildirib: «Bundan sonra faizdə artım yoxdur, azalacaq. Ümid edirəm ki, növbəti iclasda (Mərkəzi Bank) ilin sonuna kimi faiz dərəcəsini bir az da aşağı salmaqla birrəqəmli rəqəmə endirməliyik. Mərkəzi Bankın gücünü itirməsini gözləyənlər bağışlayın, ovuclarını yalamağa davam edəcəklər».