Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Mərkəzi Bankla bağlı açıqlaması türk lirəsini yenidən ucuzlaşdırıb.
FED.az xəbər verir ki, mətbuata açıqlama verən prezident bildirib ki, Mərkəzi Bank rəhbəri ilə görüşüb və qarşıda faizlərin (Mərkəzi Bankın uçot dərəcəsinin) endirilməsi gözlənilir: «Mərkəzi Bankın rəhbəri ilə görüşdüm, faizləri endirməyimiz və faiz yükünü azaltmağımız lazımdır»-deyə bildirib.
Prezident elan edib ki, Mərkəzi Bank uçot dərəcəsini artıq iyul-avqust aylarında aşağı salacaq.
Ərdoğanın açıqlamasından sonra Türk lirəsi Dollar qarşısında ən aşağı həddə – 8,7795 lirəyə düşüb.