1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 6.461,2 milyon ABŞ dolları (10 milyard 984 milyon manat) təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 47,9%-i ( 5 mlrd. 261.3 mln. manat) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 52,1%-i ( 5 mlrd. 722,7 mln. manat) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Azərbaycanda “Dövlət Borcu üzrə Statistik Bülleten”in dərc edilməsinə başlanılıb
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Qeyd edək ki, xarici dövlət borc portfelinin 17.4%-i (1 mlrd. 911.2 mln. manat) “Azəravtoyol”, 11.7%-i ( 1 mlrd. 285,1 manat) “Azərbaycan Dəmir Yolları”, 10.4%-i ( 1 mlrd. 142.3 mln. manat) “Azərsu” ASC, 3.1%-i (340.5 mln. manat) “Meliorasiya və Su Təsərrüfatı”, 2.3%-i ( 252.6 mln. manat) Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşüb.