Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən FED.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir.
"Göygöl şəhərində yerləşən 2 saylı hamamın ümumi faydalı sahəsi 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1 500 kvadratmetrdən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. Özəlləşən əmlaklardan paytaxtın Sabunçu rayonunda yerləşən 4 saylı sahə də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrdən çox, torpaq sahəsi isə 4 min 500 kvadratmetrə yaxındır. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kvadratmetr təşkil edir. Keçirilən hərracların nəticələri ilə bağlı aşağıdakı linkdən istifadə etmək kifayətdir", - deyə məlumatda vurğulanıb.