Vergi Məcəlləsinə dəyişikliklərin miqyası o qədər böyükdür ki, buna inqilabi islahatlar da deyirlər.
FED.az xəbər verir ki, dəyişikliklərdən sonra dövlət və özəl sektorda çalışanların büdcəyə ödənişləri və əllərində qalan son məbləğ fərqlənəcək.
Eləcə də bax: Azərbaycanda vergi cərimələri - 10 DƏFƏ ARTIRILIR
Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:
- Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;
- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması.
Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin məbləği |
2500 manatadək |
14 faiz |
2500 manatdan çox olduqda |
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin məbləği |
8000 manatadək |
0 faiz |
8000 manatdan çox olduqda |
8000 manatdan çox olan məbləğin 14 faizi |
İndi misalla izah etməyə çalışaq:
Eləcə də bax: Vergidən yayınmaq üçün istifadə edilən üsul açıqlanıb
Tutaq ki, vətəndaş ayda 500 manat əmək haqqı alır. Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üzrə sosial sığorta ayırmaları və vergi ödənişlərini hesablayaq:
500 manat- 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat.
300:100x14% = 42 manat (gəlir vergisi)
(500-200)x10%+6 =36 manat (sosial sığortaya ayırmalar)
500x2%=10 man (həmkarlar ittifaqına ödəniş)
Cəmi - 88 manat
500-88= 412 manat
Beləliklə, dövlət və neft-qaz sahəsində ayda 500 manata çalışan işçilər bu ödənişlərdən sonra əllərinə təmiz 412 manat alacaqlar.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üzrə sosial sığorta ayırmaları və vergi ödənişlərini hesablayaq:
500 manat - 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat.
Gəlir vergisi – 0%. (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)
6+(500-200)x10% = 36 manat (sosial sığortaya ayırmalar)
500-36 = 464 manat
Eləcə də bax: Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyətlərin sayı – ARTIRILIR
Beləliklə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar bu ödənişlərdən sonra 464 manat əmək haqqı alacaqlar.
Göründüyü kimi, 500 manata dövlət sektorunda və özəl sektorda çalışanlar arasında vergi və sosial ayırmalar üzrə fərq 52 manat təşkil edir.
@oxu.az