Şəxslə əmək müqaviləsi bağlanmayıb, onun əmək haqqısın müəyyən etmək qeyri mümkündür. Belə olan halda vergi necə tutulur?
FED.az xəbər verir ki, bu sualı İqtisadçı-ekspert Rauf Qarayev cavablandırıb.
Eləcə də bax: Dövlət qulluqçularının əməkhaqqından vergi – BELƏ TUTULACAQ
Bu suala Azərbaycan Rspublikasının Vergi Məcəlləsinin 67.5. maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Statistik hesablamaya əsasən 2018-ci il yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqısı 542 manat müəyyən olunmuşdur. Bu halda işçinin əmək haqqısından vergilər 542 manat məbləğindən çıxılacaq.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ən çox maaş bu sahədə verilir – SİYAHI