Əmanətlərin Sığortalanması Fondunun (Fond) Himayəçilik Şurasının tərkibində dəyişikliklər baş verib.
Sadiq Əliyev Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub
FED.az xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib, onun əvəzinə Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev əsas heyət üzvü təyin edilib.
Qeyd edək ki, hazırda Fondun Himayəçilik Şurasının sədri Mərkəzi Bankın sədr müavini Gülər Paşayevadır. Şuranın tərkibi 7 nəfərdən ibarətdir. (Apa)









