Bildiyiniz kimi, əsas hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesini daha effektiv və çevik başa çatdırmaq olan Əmanətlərin Sığortalanması Fondu 2023-cü ilin aprel ayında vətəndaşların istifadəsinə təqdim etdiyi Elektron Auksion Portalı bu istiqamətdə atılan uğurlu layihələrdən biri olaraq olduqca müsbət nəticələrə nail olmuşdur.
FED.az xəbər verir ki, qısa müddət ərzində geniş auditoriya kütləsinin diqqətini cəlb edən bu platformanın əsas məqsədi ləğv prosesində olan bankların birbaşa satışı nəzərdə tutulan daşınar əmlaklarının satışını şəffaf şəkildə həyata keçirməkdir.
Qısa zaman ərzində, ölkə əhalisinin böyük maraq dairəsinə çevrilən Portalda elektron həyata keçirilən auksionlarda yüzlərlə istifadəçi tərəfindən böyük məbləğdə məhsul alışı həyata keçirilmişdir.
Qeyd edək ki, fiziki və hüquqi şəxslər Elektron Auksion Portalından müvafiq qaydada qeydiyyatdan keçməklə istifadə edirlər. Həmçinin istifadəçilər auksiona qatılmadan seçdiyi əmlaka təyin edilən məbləği ödəyərək həmin əmlakı əldə edə bilərlər. Auksion portalı haqqında məlumat, iştirak şərtləri və qeydiyyat qaydaları hər bir şəxsə aydın olacaq üslubda veb saytda (auction.adif.az) yerləşdirilmişdir. Portalda ləğv prosesində olan bankların birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları müxtəlif kateqoriyalara bölünmüşdür. Bununla da istifadəçilər auksionda iştirak etməklə və ya birbaşa satın almaqla müxtəlif növ İT avandanlıqlarını, (kompüter, printer, skanner və s.) bank avadanlıqlarını, ofis və mebel dəstlərini, məişət avadanlıqlarını və digər məhsulları vaxtlarına qənaət edərək sərfəli qiymətlə əldə edə bilərlər.
Əgər siz də vaxtınıza, pulunuza qənaət etmək istəyirsinizsə, heç yerə getmədən evinizdən və ya ofisinizdən həftənin 7 günü, günün 24 saatı “Elektron Auksion Portalı”na (auction.adif.az) daxil olaraq ləğv prosesində olan bankların daşınar əmlaklarını istər hərrac, istərsə də birbaşa satış vasitəsilə əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və yeniliklərdən xəbərdar olmaq istədiyiniz təqdirdə Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının rəsmi veb saytında olan “chat” bölməsinə yaza və ya qaynar xətt nömrəsinə (+994555000941) zəng edə bilərsiniz.