44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Əmanətlərin Sığortalanması Fondunda tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan Fondun icraçı direktoru Tural Piriyev Zəfər gününün Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını söylədi.
Fondun Hüquq departamentinin direktoru Bəhruz Qayıbov və Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, xalqımızın, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarımızın, diaspor nümayəndələrimizin 44 gün ərzindəki əzmi və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən, düşmənə həm mənəvi həmdə ordumuzun rəşadəti ilə sarsıdıcı zərbələr endirməsindən ətraflı söz açdılar.
8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların müharibədə iştirak etmiş əməkdaşları, habelə ailə üzvləri iştirak etmişdir.