Əmanətlərin Sığortalanması Fondu yarandığı tarixdən cari ilin yanvar ayının 1-dək ləğv prosesində olan 19 bank üzrə toplam 1,717,520,747 manat kompensasiya ödənişini həyata keçirmişdir.
“Muğanbank”ın əmanətçilərinə 2 gündə 100 milyon manatdan çox - KOMPENSASİYA ÖDƏNİLİB
FED.az xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda deyilir.
"Yaxın keçmişə nəzər salsaq, ölkəmizdə Koronavirus pandemiyası səbəbilə sərt karantin rejiminin, habelə hərbi vəziyyətin tətbiq olunduğu 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş 4 bankın və növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunduqda təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişini həyata keçirməklə fəaliyyət tarixində ilkə imza atmışdır. Məhz 2020-ci ildən 2024-cü ilədək ləğv prosesində olan 6 bank üzrə toplam 35020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897,581,697 manat kompensasiya ödənişi həyata keçirilmişdir".