Sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun 42, Dövlət Sərhəd Xidmətinin isə 8 hərbi qulluqçusu şəhid olmuşdur.
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin doğmalarına, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin şəhidlik zirvəsinə ucalmış rəşadətli və qəhrəman oğullarına Allahdan rəhmət, mənfur düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbçilərimizə şəfa və onların ailələrinə səbir diləyir.
Allah şəhidlərimizə rəhmət etsin.
Məkanları cənnət olsun.