“Modern” Şirkətrlər Qrupunun törəməsi, Azərbaycan ödəniş bazarında fəaliyyət göstərən “Modenis” MMC-nin (eManat) yeni baş inzibatçısı təyin edilib.
Eləcə də bax: ABB-də - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Anar Məmmədov “eManat”ın rəqəmsal həllər üzrə baş inzibatçısı təyin edilib. O bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
“eManat”a 2021-ci ilin oktyabrında təyinat almışdı.
A.Məmmədov 2006-cı ildə Azərbaycan Mərkəzi Bankında, 2006-2013-cü illərdə prosesinq mərkəzi olan “Millikart” MMC-də çalışmış, son vəzifəsi departament direktoru olmuşdur.
2017-ci ilin avqustundan 2018-ci ilin fevralına qədər “Bank of Baku” ASC-nin Ödənişlər sistemi departamentinin strukturunda olan şöbədə müdir və 2018-ci ilin fevralından 2021-ci ilin oktyabrına qədər isə “Kapital Bank” ASC-də çalışmışdır.