Azərbaycanda istehlak kreditləri məhdudlaşdırılacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, artıq bununa bağlı AMB lazımi addımları atıb.
Elman Rüstəmov bunun səbəbini bir neçə səbəblə izah edib. Əvvəla onun sözlərindən aydın olub ki, ölkədə biznes və iqtisadiyyata dəstək üçün maliyyə qaynaqları o qədər də geniş deyil. Neftin ucuzlaşması, büdcə gəlirlərin artması və sair iqtisdiyyat dəstək tələb edir. Belə vəziyyətdə banklardakı vəsaitlər bu rolu yerinə yetirə bilər.
İkinci mühüm səbəb istehlak kreditlərinin özünü məqsədəuyğunluğu və banklar tərəfindən bununla bağlı tələblərə əməl olunması ilə bağlıdır. «İstehlak kreditləri ilə bağlı tələblərə əməl edilmir deyən» baş bankirin sözlərinə görə, bəzən banklar bu kreditləri tələblərə əməl etmədən verirlər. Kredit verilərkən ailənin gəlirləri də nəzərə alnmalıdır. Bəzən buna əməl edilmir.
Elman Rüstəmov işarə edib ki, bəzi hallarda vətəndaşlar da kreditləri səmərəsiz məqsədlər üçün götürürlər. Daha dəqiq emosional qərar qəbul edərərək görürürlər.