Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 84%-ndə təklif tələbi üstələyib.
Eləcə də bax: Azərbaycan neftinin büdcə qiyməti - 50 DOLLARA QALDIRILIR
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
"Cari ildə keçirilmiş 81 valyuta hərracında cəmi 4,9 milyard dollar satılıb ki, bu da orta hesabla hər hərracda 60 milyon dollar satışın olduğu deməkdir. İlin qalan dövründə keçiriləcək hərraclarda satış üçün qalan vəsait 2,4 milyard dolllar təşkil edir, bu da qalan hər hərraca orta hesabla 130 milyon dollar satış imkanının olduğu deməkdir. Bugünə Dövlət Neft Fondunun qənaəti, yəni qrafikdən geri qalması 1,2 milyard ABŞ dollarını üstələyir",- Mərkəzi Bankın sədri bildirib. (Marja)