"Azərbaycanda valyuta ehtiyatlarının artması onu göstərir ki, daha çox qənaət edilir. Yəni neft və qaz ixracından gələn gəlirlərimizi daha çox yığırıq, valyuta ehtiyatlarımızı artırırıq".
Eləcə də bax: Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, manatın məzənnəsinə AMB-nin heç bir müdaxiləsi yoxdur: "AMB əgər valyuta bazarında 230 milyon ABŞ dollardan çox vəsait alırsa, bu o deməkdir ki, biz əksinə manatın məzənnəsinin daha da möhkəmlənməsinin qarşısını almışıq".
Onun sözlərinə görə, ölkədə valyuta ehtiyatlarının artması bizim daha çox qənaət etməyimizin göstəricisidir: "2021-ci ildə tamamilə neytral bazarla üzləşmişik. 2022-ci ildə bu neytrallığın qorunacağı gözlənilir".