"Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadəni düşünmürük".
Eləcə də bax: Mərkəzi Bankın sədri Elman Rüstəmovdan - MANAT AÇIQLAMASI – TƏCİLİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə neftin qiymətinin kəskin azalmasının milli valyutanın məzənnəsinə təsiri ilə bağlı sualları cavablandırarkən deyib.
AMB-nin sədrinin sözlərinə görə, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı mövcuddur: "Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək".
Xatırladaq ki, hazırda ölkənin ümumi valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarından, o cümlədən AMB-nin valyuta ehtiyatları 6,4 mlrd. dollardan çoxdur.