Azərbaycanın valyuta bazarında vəziyyət tədricən stabilləşib. Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Eləcə də bax: 16 minə yaxın şəxs dollar kreditləri ilə bağlı kompensasiya - ALA BİLMƏYİB
FED.az xəbər verir ki, "Bu gün valyuta bazarında vəziyyət tədricən stabilləşib. Mart ayında milli valyutaya müşahidə olunan təzyiq aprel ayında azalıb. May ayında valyuta hərraclarında orta tələb $56 milyon təşkil edib. Nəzərə almaq lazımdır ki, ötən ilin yekunları üzrə orta tələb $66 milyona bərabər olub", - deyə Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında fond tərəfindən $3 milyard 303 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 67,2%), o cümlədən martda $1 milyard 928,3 milyon, apreldə $531,1 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.