Azərbaycanda dövlət zəmanəti ilə alınan kreditlərin bir hissəsi yaxşı, xeyli hissəsi isə bərbad istifadə olunur.
Güzəştli kredit üzrə müraciətlərə - Hansı Qaydada Baxılır?
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədrinin müavini, millət vəkili Əli Məsimli bildirib.
Palatanın Hesabatına münasibətini bildirən millit vəkili qeyd edib ki, daha bir istiqamət dövlət zəmanəti ilə alınan kreditlərin səmərəli istifadəsi olmalıdır.
Əli Məsimli bunnula bağlı xarici ölkələrimn təcrübəsini misal çəkib: «Bir sıra ölkələrdə dövlətin birbaşa borcu az olsa da, dövlət zəmanəti ilə alınan kreditlər birbaşa borcdan 10 dəfələrlə çoxdur, hətta həmin ölkələrin valyuta ehtiyatlarını da üstələyir. Buna görə də, hesab edirəm ki, ən çox diqqət yetirilməli məsələlərdən biri dövlət zəmanəti ilə alınan kreditlərə nəzarət mexanizminin gücləndirilməsidir».