“2018- ci ilin ilk 4 ayı ilə 2019- cu ilin ilk 4 ayı ərzində dövriyyələrdə elektron qaimə faktura ilə rəsmiləşdirilmədə ciddi artımlar müşahidə olunur”.
FED.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov deyib. Onun sözlərinə görə, müvafiq dövrlərin müqayisəsində təxminən 10 faizdən artıq artım baş verib: “Daha çox nağd dövriyyənin hərəkətdə olduğu topdanticarət, pərakəndə ticarət, ictimai iaşə sektorunda elektron qaimə fakturalarının tətbiqinə nəzər yetirsək, burada da ciddi artımlar müşahidə olunmaqdadır. Pərakəndə ticarət sektorunun özünün əldə etdiyi elektron qaimə fakturalarda isə 70 faizdən artıq artım müşahidə olunub. Yəni dövriyyələrdən iki dəfə artıq elektron qaimə fakturaları müşahidə olunur.
Eyni tendensiyanı ictimai iaşə obyektlərində də müşahidə edə bilərik. Burada da dövriyyələrdəki artımdan iki dəfə artıq rəsmiləşdirmə baş vermişdir”.
Eləcə də bax: Əmək müqavilələrinin sayında - 95 MİN ARTIM