Avropa İnvestisiya Bankı (EIB) Gürcüstana ölkənin əsas magistralı olan Şərq-Qərb sürət yolunun (E60) yenidən qurulmasına 106,7 milyon avro ayıracaq.
FED.az xəbər verir ki, bu barədə bankın saytında yerləşdirilən məlumatda bildirilib.
Kredit 30 kilometrlik Algeti-Sadaxlı və 32 kilometrlik Rustavi-Qırmızı körpü yol hissələrinin təmirinə yönəldiləcək.
Məlumatda qeyd olunub ki, 388 kilometrlik E60 dəhlizi Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsindən başlayır və Qara dəniz sahilindəki Poti limanına qədər uzanır və daha sonra Türkiyə sərhədinədək davam edir: “Modernləşdirilmə üzrə işlərin başa çatdırılmasından sonra yol sərnişin və yük daşımaları daha müasir və təhlükəsiz olacaq”. (Report)