Azərbaycanda kredit qoyuluşlarının 2018-ci ilin avqust ayında ümumi məbləği 12 mlrd 306,5 mln manat təşkil edib. İqtisadiyyatın sahələri üzrə kredit qoyuluşları 2018-ci ilin avqust ayı ərzində ötən aya nisbətən azalma müşahidə olunsa da , sənaye və istehsal sektoru həmçinin də ev təsərrüfatı sahələrinə qoyulan kredit məbləği artıb.
Eləcə də bax: Problemli kreditlər açıqlandı – RƏQƏMLƏR
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2018-ci ilin avqust ayında ticarət və xidmət sektoruna kredit qoyuluşların məbləği keçən aya nəzərən 18,1 mln manat və ya 0,9% artaraq 2 mlrd 47,5 mln manat , bu göstəricinin ümumi məbləğdə xüsusi çəksisi isə 16,6% olub. İlin əvvəli ilə müqayisə də isə bu mələğ 21,7 mln manat və ya 1,05% azalıb.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna kredit qoyuluşları 2018-ci ilin avqust ayında keçən aya nisbətən dəyişməyərək 292,9 mln manat və ya ümumi məbləğdə xüsusi çəkisi 2,4% təşkil edib. Bu məbləğ ilin əvvəlinə nisbətən isə azalıb , azalma isə 22,6 mln manat və ya 7,16% təşkil edib.
Kənd təsərrüfatı və emal sahəsinə yatırılan kredit məbləğinin həcmi 2018-ci ilin avqust ayında keçən aya nəzərən 1,5 mln və yaxud 0,32% azalaraq 461,9 mln manat, ümumi məbləğdə xüsusi çəkisi 3,8% olub. Bu göstəricini ilin əvvəli ilə müqayisə etsək 32,7 mln manat və yaxud da 7,61% artdığını müşahidə etmək olar.
İnşaat və əmlak sahəsinə qoyulan kredit məbləği 2018-ci ilin avqust ayı üçün ötən ay ilə müqayisə edən də 7,4 mln manat və ya 1,44% azaldığını görərik. Bu məbləğin ümumi məbləğdə xüsusi çəkisi 4,1% olub. 2018-ci ilin avqust ayı üzrə olan bu göstərici ilin əvvəlinə nisbətən 41,6 mln manat (-7,62%) azalıb.
Sənaye və istehsal sektoru üçün kredit qoyuluşları 2018-ci ilin avqust ayında ötən ay ilə müqayisə də 12,4 mln manat və ya 1,85% artaraq 682,6 mln manata çatıb. İlin əvvəlinə nəzər salanda isə bu göstəricidə 61,4 mln manat və yaxud da ki, 9,88% artım olub.
Nəqliyyat və rabitə sahəsinə qoyulan kredit qoyuluşları bu ilin avqust ayında ötən aya nisbətən 1,1 mln manat və ya 0,09% azalaraq 1 mlrd 175,1 mln manata enib. Bu məbləğ ilin əvvəlinə nisbətən 48,4 mln manat (4,29%) artıb.
Ev təsərrüfatları sahəsi üçün kredit qoyuluşları bu ilin avqust ayında keçən aya nəzərən 103,2 mln manat və ya 2,11% artaraq 4 mlrd 977,7 mln manat təşkil edib. Ümumi məbləğdə xüsusi çəkisi isə 40,4 manatdır. İlin əvvəli ilə müqayisə etsək , bu məbləğ 371,2 mln manat və yaxud 8,05% artıb.