Son bir ayda əhalinin banklardakı əmanətləri 60 milyon manat azalıb. FED.az AzərbaycanMərkəzi Bankının statistikasına istənidən xəbər verir ki, noyabrın 1-ə banklarda 8 milyard 140 milyon manat əmanət var ki, bu da bir ay əvvəllə müqayisədə 59,1 milyon manat azdır.
ELƏCƏ DƏ BAX: Bank sektorunun kredit qoyuluşları oktyabrda azalıb
Banklardakı əmanətlərin 2 milyard 968,1 milyonu manatla, 5 milyard 172 milyonu xarici valyutadadır. Azalma da məhz manat əmanətlərinə aiddir. Belə ki, son bir yda manat əmanətlərinin həcmində 102,1 milyon manat azalma var. Əvəzində xaric valyutada olan əmanətlər 43 milyon manat artıb.
İlin əvvəli ilə müqayisədə isə əmanətlərin həcmi 579 milyon manat artıb (ilin əvvəlində 7 milyard 561,2 milyon manat idi).
İlin əvvəli ilə müqayisədə manatla əmanətlər 435,2 milyon manat, xarici valyutada əmanətlər isə 143,6 milyon manat artıb.