Azərbaycanda bank kartlarının sayı son bir ildə 15,1% artıb.
Eləcə də bax: Azərbaycanda kredit kartlarının sayında - AZALMA OLUB
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2020-ci ilin yanvarında banklarda ödəniş kartlarının sayı 7 milyon 713 minə çatıb.
2019-cu ilin yanvarı ilə müqayisədə kartların sayı 1 milyon 163 min və ya 15,1% artıb. Xatırladaq ki, 2019-un əvvəlində ödəmə kartlarının sayı 6 milyon 550 min idi.
Bu dövrdə kredit kartlarının sayı 44 min ədəd və ya 5% azalaraq 873 mindən 829 minə düşüb.
Əməkhaqqı kartlarının sayı 14,7% artaraq 2 milyon 53 mindən 2 milyon 355 min ədədə yüksəlib.
Sosial kartlarının sayı isə 2 milyon 520 mindən 2 milyon 707 minə yüksələrək 187 min ədəd və ya 7,4% artıb.