"Xarici sektor göstəricilərinin yaxşılaşması (tədiyyə balansının profisitinin artması) valyuta bazarında təklifin kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında tələbin azalmasına səbəb olur".
Eləcə də bax: Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazimov bildirib.
Taleh Kazimov qeyd edib ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələmişdir:
"İyulun 28-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimumu səviyyəsinə çatmışdır. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələmişdir. İyunda banklar tərəfindən valyuta xalis alışının məbləği son 20 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil etmişdir".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb. (Marja)